31 avqust 2026. Bazar ertəsi

ABF məşqçilik seminarı və imtahanları keçirəcək


  • Offside
  • 13:40 31.08.2026
  • Oxunma sayı: 31
ABF məşqçilik seminarı və imtahanları keçirəcək

Azərbaycan Basketbol Federasiyası (ABF) B və C kateqoriyaları üzrə məşqçilik seminarı və imtahanları təşkil edəcək.

ABF-dən  90deqiqe.Az-a verilən məlumata görə, tədbir sentyabrın 12-13-də Bakı İdman Sarayında keçiriləcək.

Sentyabrın 12-də iştirakçılar üçün məşqçilik seminarı təşkil olunacaq. Növbəti gün isə namizədlər yazılı və praktiki imtahanlarda bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

Tədbir məşqçilik kateqoriyası olmayan şəxslərin C kateqoriyası, C kateqoriyasına sahib mütəxəssislərin isə B kateqoriyası əldə etmələri üçün nəzərdə tutulub.

Qeyd edək ki, 2026/2027-ci mövsümündən qüvvədə olacaq yeni qaydalara əsasən, gənclərdən ibarət milli komandalarda, eləcə də ABF-nin təşkil etdiyi yarışlarda baş məşqçi kimi fəaliyyət göstərmək üçün minimum B kateqoriyasının olması tələb edilir.







Offside