- Offside
- 21:17 31.08.2026
Türkiyənin Samsun şəhərində keçirilən kapoeyra üzrə beynəlxalq turnirdə Azərbaycan idmançıları uğurlu nəticə göstəriblər.
Gənclər və İdman Nazirliyindən 90deqiqe.Az-a verilən məlumata görə, təmsilçilərimiz yarışda 4 qızıl və 2 gümüş medal qazanıblar.
Belə ki, Fərid Səlimov, Şamxal Hüseynov, Raul Hüseynov və Bəhlul Nadirov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medal əldə ediblər.
Davud Əli və Sübhan Rəhimzadə isə turniri ikinci pillədə başa vuraraq gümüş medala sahib çıxıblar.
Beləliklə, Azərbaycan komandası Türkiyədə keçirilən beynəlxalq turniri ümumilikdə 6 medalla başa vurub.