- Offside
- 21:17 31.08.2026
Kadet boksçular (U-15) arasında Azərbaycan Kuboku təşkil olunacaq.
Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, sentyabrın 1-də start götürəcək yarışda zona birinciliklərinin final mərhələsində fərqlənən boksçular mübarizə aparacaqlar.
Dörd gün davam edəcək turnirdə 39 komandadan 97 idmançı 17 çəki dərəcəsi üzrə qüvvəsini sınayacaq.
Yarışın nəticələrinə əsasən, çəkilərində qalib olan boksçular Azərbaycanı Avropa çempionatında təmsil etmək hüququ qazanacaqlar.
Qeyd edək ki, U-15 Avropa çempionatı oktyabr ayında Türkiyənin Trabzon şəhərində keçiriləcək.