31 avqust 2026. Bazar ertəsi

Azərbaycan cüdoçuları Polşadakı turniri 11 medalla başa vurdular


  • Offside
  • 18:21 31.08.2026
  • Oxunma sayı: 52
Azərbaycan cüdoçuları Polşadakı turniri 11 medalla başa vurdular

Polşanın Krakov şəhərində keçirilən cüdo üzrə beynəlxalq turnirə yekun vurulub.

Cüdo Federasiyasından  90deqiqe.Az-a bildirilib ki, Azərbaycan cüdoçuları yarışda uğurlu nəticə göstərərək 7 qızıl, 2 gümüş və 2 bürünc olmaqla 11 medal qazanıblar. Milli komanda bu göstərici ilə turnirin ümumi komanda hesabında birinci yeri tutub.

Böyüklər arasında 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

U-16 yaş kateqoriyasında isə Aqil Nağıyev (55 kq), Hüseyn Şıxəliyev (66 kq) və Məhəmmədəli Mehdi (81 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bundan əvvəl U-18 yaş kateqoriyasında Azərbaycan yığması 3 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib.

Bu yaş qrupunda Əli Abdullayev (60 kq), Hüseyn Şıxəliyev (66 kq) və Ömər Atayev (81 kq) qızıl, Dünyamalı Asdanlı (66 kq) və Ruslan Kazımov (+90 kq) gümüş, Rəvan Məmmədli (55 kq) və Əli Cəfərov (66 kq) isə bürünc medala layiq görülüblər.

Beləliklə, Azərbaycan cüdoçuları Krakovdakı beynəlxalq turniri 11 medalla başa vuraraq komanda hesabında bütün rəqiblərini qabaqlayıblar.







Offside