1 sentyabr 2026. Çərşənbə axşamı

“Benfika”dan qələbə


  • Offside
  • 01:31 01.09.2026
  • Oxunma sayı: 49
“Benfika”dan qələbə

Portuqaliya çempionatının 2026/27 mövsümünün IV turunda “Benfika” doğma meydanda “Eştoril”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, Lissabon təmsilçisi qarşılaşmaya fəal başlayıb və 40-cı dəqiqədə hesabı açıb. Evanqelos Pavlidis fərqlənərək meydan sahiblərini önə keçirib.

“Benfika” 51-ci dəqiqədə üstünlüyünü artırıb. Kleman Lanqle baxımlı zərbə ilə topu qapının sol yuxarı küncünə göndərərək hesabı 2:0 edib.

“Eştoril” 82-ci dəqiqədə fərqi minimuma endirsə də, “Benfika” oyunun son bölümündə hesabı qoruyaraq 3 xal qazanıb.

Bu qələbədən sonra “Benfika” xallarının sayını 7-yə çatdıraraq turnir cədvəlində 5-ci pilləyə yüksəlib. “Eştoril” isə 1 xalla 17-ci yerdə qərarlaşıb.







Offside

“Benfika”dan qələbə
  • Offside
  • 01:31 01.09.2026
“Benfika”dan qələbə