- Offside
- 17:39 01.09.2026
Azərbaycan kikboksçusu Baba Abbaszadə antidopinq qaydalarını pozduğu üçün 2 il müddətinə diskvalifikasiya edilib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Milli Antidopinq Agentliyi məlumat yayıb.
Bildirilib ki, idmançıdan götürülmüş nümunənin laboratoriya analizləri zamanı qadağan edilmiş furosemid maddəsi aşkarlanıb.
Bununla əlaqədar Baba Abbaszadəyə qarşı 2 illik diskvalifikasiya qərarı qəbul edilib.
Sanksiya 6 iyul 2026-cı il tarixindən qüvvəyə minib və 6 iyul 2028-ci il tarixində başa çatacaq.
Qeyd edək ki, furosemid Ümumdünya Antidopinq Agentliyinin (WADA) qadağan etdiyi maddələr siyahısında yer alan sidikqovucu preparatdır.