1 sentyabr 2026. Çərşənbə axşamı

“Neftçi SOCAR” Dünya Qadın Seriyasında mövsümü ikinci pillədə başa vurdu


  • Offside
  • 15:25 01.09.2026
  • Oxunma sayı: 28
“Neftçi SOCAR” Dünya Qadın Seriyasında mövsümü ikinci pillədə başa vurdu

Basketbolun 3x3 növü üzrə Dünya Qadın Seriyasının (Women Series) 2026-cı il mövsümü başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycanı turnirdə təmsil edən “Neftçi SOCAR” mövsümü uğurla başa vuraraq 672 xalla ikinci pillədə qərarlaşıb.

Azərbaycan təmsilçisi mövsüm ərzində keçirilən 12 mərhələnin ikisində çempionluq sevinci yaşayıb. Komanda Orlean və Marsel mərhələlərində bütün rəqiblərini üstələyərək turnirin qalibi olub.

Beləliklə, “Neftçi SOCAR” 2026-cı il Dünya Qadın Seriyasında ikinci yeri tutaraq mövsümü mükafatçılar sırasında tamamlayıb.







Offside