16 sentyabr 2026. Çərşənbə

Azərbaycan idmançılarının yeni reytinqi açıqlanıb


  • Offside
  • 17:39 01.09.2026
  • Oxunma sayı: 102
Azərbaycan idmançılarının yeni reytinqi açıqlanıb

Gənclər və İdman Nazirliyi (GİN) olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 1 sentyabr tarixinə olan reytinq cədvəlini açıqlayıb.

GİN-in mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, reytinqə 480 xalla yunan-Roma güləşçisi Həsrət Cəfərov başçılıq edir.

Sərbəst güləşçi Giorgi Meşvildişvili 460 xalla ikinci, Arseni Cioyev isə 420 xalla üçüncü pillədə yer alıb.

Reytinq cədvəlinin ilk onluğunda yer alan digər idmançılar isə bunlardır:

  • Səidcəmşid Cəfərov – boks, 400 xal
  • Murad Əhmədiyev – yunan-Roma güləşi, 330 xal
  • Ülvü Qənizadə – yunan-Roma güləşi, 300 xal
  • Nürəddin Novruzov – sərbəst güləş, 270 xal
  • Hidayət Heydərov – cüdo, 270 xal
  • İslam Bazarqanov – sərbəst güləş, 265 xal

Beləliklə, sentyabrın 1-nə olan göstəricilərə əsasən, GİN-in reytinqində ilk üç pilləni güləşçilər tutur.







Offside

AFFA-da yeni təyinatlar
  • Offside
  • 22:16 15.09.2026
AFFA-da yeni təyinatlar