2 sentyabr 2026. Çərşənbə

Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırdı


  • Offside
  • 23:17 01.09.2026
  • Oxunma sayı: 46
Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırdı

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında çıxışını başa vurub.

90deqiqe.Az-ın məlumatına görə, yığmamız İstanbulda keçirilən 1/8 final mərhələsində Türkiyə millisi ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da Azərbaycan millisi qitə birinciliyində mübarizəni 1/8 final mərhələsində dayandırıb.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatında Bakının ev sahibliyi etdiyi C qrupunda mübarizəyə başlayıb. Avqustun 21-dən 28-dək Milli Gimnastika Arenasında keçirilən qrup mərhələsində komandamız Portuqaliya, İspaniya və Rumıniya yığmalarına qalib gəlib, Belçika və Niderlanda isə məğlub olub.

Üç qələbə və iki məğlubiyyətlə C qrupunu üçüncü pillədə başa vuran millimiz 1/8 finalda A qrupunun ikincisi Türkiyə ilə qarşılaşıb.

Qitə çempionatına sentyabrın 6-da yekun vurulacaq.

 1/8 final

1 sentyabr

Türkiyə – Azərbaycan  3:0 (25:14, 25:16, 25:22)

 İstanbul, Sinan Erdem Spor Salonu







Offside