16 sentyabr 2026. Çərşənbə

Azərbaycan millisinin təcrübəli voleybolçusu karyerasını başa vurub


  • Offside
  • 23:20 01.09.2026
  • Oxunma sayı: 154
Azərbaycan millisinin təcrübəli voleybolçusu karyerasını başa vurub

Azərbaycan millisinin təcrübəli voleybolçusu Polina Rəhimova yığmadakı karyerasını başa vurub.

90deqiqe.Az-ın məlumatına görə, 35 yaşlı hücumçu milli komandadakı son oyununu bu gün Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə yığmasına qarşı keçirib.

Görüşdən sonra Azərbaycan Voleybol Federasiyası tərəfindən Polina Rəhimovaya uzun illər ərzində milli komandaya və Azərbaycan voleyboluna göstərdiyi xidmətlərə görə təşəkkür edilib. Təcrübəli voleybolçuya federasiya adından gül təqdim olunub.

Beləliklə, Polina Rəhimovanın Azərbaycan millisindəki çıxışına Avropa çempionatında Türkiyəyə qarşı keçirilən qarşılaşma ilə yekun vurulub.







Offside

AFFA-da yeni təyinatlar
  • Offside
  • 22:16 15.09.2026
AFFA-da yeni təyinatlar