2 sentyabr 2026. Çərşənbə

Azərbaycan çempionatında ilk gün: 11 dəst medal sahibini tapdı


  • Offside
  • 11:21 02.09.2026
  • Oxunma sayı: 44
Azərbaycan çempionatında ilk gün: 11 dəst medal sahibini tapdı

Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatında ilk yarış günü başa çatıb.

90deqiqe.Azn məlumatına görə, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən ölkə çempionatının ilk günündə idmançılar 11 dəst medal uğrunda mübarizə aparıblar.

K1 200 metr məsafədə 2008–2009-cu il təvəllüdlü oğlanlar arasında Əlimurad Hacızadə, 2010–2011-ci il təvəllüdlülərdə Elmir Tarverdiyev, 2012–2013-cü il təvəllüdlülərdə isə Yunus Əhmədov bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıblar.

Qızlar arasında K1 200 metr məsafədə Leyla Əli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

K2 200 metr məsafədə 2010–2011-ci il təvəllüdlü oğlanlar arasında Kamal Tağıyev – Əziz Əhmədli cütü, 2012–2013-cü il təvəllüdlülərdə isə Səbuhi Cəfərzadə – Soltan Mustafalı dueti qalib olub.

1x1500 metr məsafədə 2008–2009-cu il təvəllüdlü oğlanlar arasında Azər İlyasov, 2010–2011-ci il təvəllüdlülərdə Məhəmməd Həsənov, 1x1000 metr məsafədə isə 2012–2013-cü il təvəllüdlü oğlanlar arasında Yusif Əliyev qızıl medal əldə edib.

C1 200 metr məsafədə 2008–2009-cu il təvəllüdlü oğlanların yarışında Hüseyn Səmədli, 2010–2011-ci il təvəllüdlülər arasında isə Fəxri Sadıqlı birinci yeri tutub.

Günün qalibləri diplom və medallarla təltif olunublar. Onlar, həmçinin 29 sentyabr – 2 oktyabr tarixlərində keçiriləcək beynəlxalq Mingəçevir Reqatasında iştirak edəcək Azərbaycan komandasının heyətinə cəlb olunacaqlar.

Qeyd edək ki, Azərbaycan çempionatında idmançılar akademik avarçəkmə və kayak növlərində bir və iki nəfərlik, kanoedə isə bir nəfərlik qayıqlarda mübarizə aparırlar.

Ölkə çempionatına sentyabrın 2-də yekun vurulacaq.







Offside