- Offside
- 21:32 02.09.2026
Azərbaycan Kapoeyra Federasiyasının idmançıları Türkiyədə keçirilən beynəlxalq turnirdə bir neçə medal qazanıblar.
90deqiqe.Az-ın məlumatına görə, Türkiyənin Samsun şəhərində Ümumdünya Kapoeyra Federasiyasının (WCF) təşkilatçılığı ilə kapoeyra üzrə beynəlxalq turnir keçirilib.
Yarışda Azərbaycan Kapoeyra Federasiyasının idmançıları da iştirak edərək uğurlu nəticələr göstəriblər.
Uşaq kateqoriyasında Şamxal Hüseynov bütün rəqiblərini qabaqlayaraq birinci yerə layiq görülüb. Sübhan Rəhimzadə və Davud Əli isə yarışı ikinci pillədə başa vurublar.
Böyüklər arasında Raul Hüseynov, Fərid Səlimov və Bəhlul Nadirov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Bundan əlavə, Şamxal Hüseynov turnirin ən yaxşı uşaq idmançısı seçilib.