- Offside
- 21:32 02.09.2026
Şamaxıda karpfişinq (idman məqsədli balıqtutma) üzrə Azərbaycan çempionatı təşkil olunacaq.
90deqiqe.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Su İdman Növləri Federasiyası (ASİNF) və “Bakı” Balıqçılar və Sualtı Ovçular Klubunun birgə təşkilatçılığı ilə keçiriləcək yarış 4-6 sentyabr tarixlərində baş tutacaq.
Çempionat Şamaxı rayonunun Çuxuryurd kəndində yerləşən eyniadlı göldə təşkil olunacaq.
İştirakçılar müəyyən edilmiş qaydalara uyğun olaraq mübarizə aparacaqlar. Yarışın yekunlarına əsasən Azərbaycan çempionatının qalib və mükafatçıları müəyyənləşəcək.
Fərqlənən idmançılar çempionatın sonunda medal və müvafiq mükafatlarla təltif olunacaqlar.
Qeyd edək ki, karpfişinq sazan balığının xüsusi üsullarla tutulmasına əsaslanan idman növüdür. Burada əsas məqsəd yalnız balığın tutulması deyil, həm də iştirakçıların texniki hazırlığı, düzgün taktika seçimi və səbrinin nümayiş etdirilməsidir.