2 sentyabr 2026. Çərşənbə

Azərbaycanlı ağırlıqqaldıran 3 il müddətinə diskvalifikasiya edildi


  • Offside
  • 12:12 02.09.2026
  • Oxunma sayı: 31
Azərbaycanlı ağırlıqqaldıran 3 il müddətinə diskvalifikasiya edildi

Azərbaycanlı ağırlıqqaldıran Fazilə İmanova antidopinq qaydalarını pozduğu üçün 3 il müddətinə diskvalifikasiya olunub.

Milli Antidopinq Agentliyindən (AMADA) 90deqiqe.Az-a verilən məlumatına görə, idmançının götürülmüş nümunəsində qadağan edilmiş anabolik androgenik steroidlər qrupuna daxil olan metribolon maddəsi aşkarlanıb.

Bununla əlaqədar Fazilə İmanovaya 3 illik diskvalifikasiya cəzası tətbiq edilib.

Sanksiya 15 may 2026-cı il tarixindən qüvvəyə minib və 14 may 2029-cu ildə başa çatacaq.

Qeyd edək ki, diskvalifikasiya müddətində idmançı antidopinq qaydalarına əsasən yarışlarda və digər rəsmi idman fəaliyyətlərində iştirak edə bilməyəcək.







Offside