2 sentyabr 2026. Çərşənbə

Bakıda paraatletika üzrə Açıq Qapı Günü keçiriləcək


  • Offside
  • 13:19 02.09.2026
  • Oxunma sayı: 37
Bakıda paraatletika üzrə Açıq Qapı Günü keçiriləcək

Milli Paralimpiya Komitəsi paraatletika üzrə yeni istedadların aşkarlanması və əlilliyi olan şəxslərin idmana cəlb olunması məqsədilə Açıq Qapı Günü təşkil edəcək.

Milli Paralimpiya Komitəsinin (MPK) 90deqiqe.Az-a verilən məlumatına görə, tədbir 17 sentyabr tarixində Bakı Atletika Mərkəzində keçiriləcək.

Saat 12:00-dan 14:00-dək davam edəcək tədbirdə 12-17 yaş aralığında olan iştirakçılar paraatletikanın qaçış, uzunluğa tullanma və nüvə itələmə növlərində öz bacarıqlarını sınaya biləcəklər.

İştirakçılar, həmçinin mütəxəssislərin nəzarəti altında ilkin qiymətləndirmədən keçəcəklər.

Açıq Qapı Günündə qolun dirsəkdən aşağı və ya yuxarı hissəsinin inkişafdan qalması və ya amputasiyası, aşağı ətrafların inkişafdan qalması və ya amputasiyası, görmə məhdudiyyəti, cırtdanboyluluq və serebral iflici olan 12-17 yaşlı şəxslər iştirak edə bilərlər.

MPK-nın bu təşəbbüslə əsas məqsədi paraatletikanın kütləviləşdirilməsi, yeni istedadların üzə çıxarılması və gələcəkdə milli komandanın heyətinə cəlb oluna biləcək perspektivli idmançılardan ibarət ehtiyat bazasının formalaşdırılmasıdır.







Offside