2 sentyabr 2026. Çərşənbə

Azərbaycan çimərlik futbolu millisi dünya reytinqində 6 pillə irəlilədi


  • Offside
  • 15:53 02.09.2026
  • Oxunma sayı: 44
Azərbaycan çimərlik futbolu millisi dünya reytinqində 6 pillə irəlilədi

Azərbaycanın çimərlik futbolu üzrə milli komandası dünya reytinqində 6 pillə yüksəlib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə Beynəlxalq Çimərlik Futbolu Federasiyası (BSWW) məlumat yayıb. Yeni reytinqə əsasən, Azərbaycan yığması 379,25 xalla 29-cu sırada qərarlaşıb.

Millimiz Avropa komandaları arasında isə 12-ci pillədə yer alıb.

Qeyd edək ki, əvvəlki reytinqdə Azərbaycan yığması dünya sıralamasında 35-ci, Avropa üzrə isə 13-cü mövqedə idi.

Beləliklə, millimiz dünya reytinqində 6, Avropa sıralamasında isə 1 pillə irəliləyib.







Offside