2 sentyabr 2026. Çərşənbə

Fərid Qayıbov medal qazanan idmançılarla görüşdü


  • Offside
  • 21:32 02.09.2026
  • Oxunma sayı: 40
Fərid Qayıbov medal qazanan idmançılarla görüşdü

Azərbaycanın idmançıları avqust ayında beynəlxalq yarışlarda 63 qızıl, 72 gümüş və 72 bürünc medal əldə ediblər.

90deqiqe.Az-ın məlumatına görə, Gənclər və idman naziri Fərid Qayıbov ötən ay beynəlxalq arenalarda yüksək nəticələr göstərən idmançılarla görüşüb.

Azərbaycan İdman Akademiyasında keçirilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbir zamanı “Azərbaycan Respublikasının İdman ustası” dərəcəsinə layiq görülən şəxslərə müvafiq vəsiqə və döş nişanları təqdim edilib. Daha sonra beynəlxalq yarışlarda əldə olunan nailiyyətləri əks etdirən videoçarx nümayiş etdirilib.

Nazir Fərid Qayıbov çıxışında idmançıların və məşqçilərin uğurlarını yüksək qiymətləndirib, onları təbrik edib.

O bildirib ki, avqust ayı ərzində Azərbaycan Respublikasının Dövlət Himni 14 ölkədə səsləndirilib.

Görüşdə müxtəlif idman növlərinin nümayəndələri iştirak etdikləri beynəlxalq yarışlar və qazandıqları nəticələr barədə məlumat veriblər.

Sonda Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda yeni uğurlar və qələbələr arzulayıb.







Offside