- Offside
- 22:10 03.09.2026
AFFA-nın təşəbbüsü ilə “Kəpəz” Futbol Akademiyasının U-15, U-16, U-17 və U-19 komandalarının futbolçuları, həmçinin məşqçi və texniki heyət üçün danışılmış oyunlarla bağlı maarifləndirici seminar təşkil olunub.
Gəncə təmsilçisindən 90deqiqe.Az-a verilən məlumata görə, seminarda AFFA-nın Komplayns və Danışılmış Oyunlara Qarşı Mübarizə Şöbəsinin rəhbəri Naib Əsədov və aparıcı mütəxəssis Murad Məmmədli iştirak ediblər.
Tədbir zamanı danışılmış oyunlarda iştirak, oyunların manipulyasiyası və bu kimi halların qarşısının alınması ilə bağlı ətraflı məlumat verilib.
Bildirilib ki, danışılmış oyunlarda iştirak etməklə yanaşı, belə hallarla bağlı məlumatların gizlədilməsi də ağır intizam pozuntusu hesab olunur.