3 sentyabr 2026. Cümə axşamı

Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vuruldu


  • Offside
  • 11:58 03.09.2026
  • Oxunma sayı: 32
Avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vuruldu

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən avarçəkmə və kanoe üzrə Azərbaycan çempionatına yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə, çempionatın gərgin idman mübarizəsi şəraitində keçən ikinci yarış günündə avarçəkənlər 16 dəst medal uğrunda mübarizə aparıblar.

Yarışın yekununda fərqlənən idmançılar diplom və medallarla təltif olunublar.

Qeyd edək ki, Azərbaycan çempionatında uğur qazanan idmançılar Mingəçevir Reqatası beynəlxalq turnirində ölkəmizi təmsil edəcək komandanın heyətinə cəlb olunacaqlar.







Offside