3 sentyabr 2026. Cümə axşamı

Azərbaycan millisinin 6 basketbolçusu ABŞ-də təhsil alacaq


  • Offside
  • 17:26 03.09.2026
  • Oxunma sayı: 48
Azərbaycan millisinin 6 basketbolçusu ABŞ-də təhsil alacaq

Basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin altı üzvü karyerasını ABŞ-də davam etdirəcək.

Azərbaycan Basketbol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, Səlminaz Ramazanlı, Ela Nur Gökçöl, Aylin Əkbərzadə, Polina Şukina, Aylin Niftəliyeva və Deniz Gökçöl ABŞ-nin müxtəlif təhsil müəssisələrinin basketbol proqramlarından təklif alıblar.

Yeni mövsümdən etibarən basketbolçular həm təhsillərini davam etdirəcək, həm də yerli basketbol proqramlarında çıxış edəcəklər.

Səlminaz Ramazanlı Luiziana, Ela Nur Gökçöl Corcian Kort Universitetində, Aylin Əkbərzadə Con Bapst Memorial Liseyində, Polina Şukina Mərkəzi Florida, Aylin Niftəliyeva Sprinqfild Kommonvels, Deniz Gökçöl isə Sentral Point Akademiyasında təhsil alacaq.

Basketbolçuların ABŞ-yə keçidi onların yeni mühitdə peşəkar inkişafına, eləcə də ölkənin basketbol sistemində beynəlxalq təcrübə qazanmalarına imkan yaradacaq.







Offside