4 sentyabr 2026. Cümə

Azərbaycan cüdoçuları Avropa çempionatında iki finala yüksəldilər


  • Offside
  • 16:44 03.09.2026
  • Oxunma sayı: 30
Azərbaycan cüdoçuları Avropa çempionatında iki finala yüksəldilər

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında U-21 Avropa çempionatına start verilib.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan millisinin 7 üzvünün tatami üzərinə çıxdığı yarışın ilk günündə yığmamızın iki cüdoçusu finala yüksəlib.

60 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Mirzəzadə və 66 kq-da çıxış edən Məhəmməd Musayev bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıblar.

57 kq çəki dərəcəsində mübarizə aparan Xədicə Qadaşova isə bürünc medal uğrunda görüşə çıxacaq.

Digər Azərbaycan cüdoçularından Nərgiz Əhmədova və Gülyaz Musayeva (hər ikisi 48 kq), Aysun Məmmədova (52 kq) və Aytən Verdiyeva (57 kq) ilk görüşdə mübarizəni dayandırıblar.

Qeyd edək ki, sentyabrın 5-dək davam edəcək Avropa çempionatında 44 ölkədən 400 cüdoçu – 222 oğlan və 178 qız iştirak edir. Azərbaycan yarışda 9 oğlan və 5 qız olmaqla, ümumilikdə 14 cüdoçu ilə 10 çəki dərəcəsində təmsil olunur.







Offside