3 sentyabr 2026. Cümə axşamı

“Ordu”nun yeni fiziki hazırlıq məşqçisi bəlli oldu


  • Offside
  • 17:59 03.09.2026
  • Oxunma sayı: 38
“Ordu”nun yeni fiziki hazırlıq məşqçisi bəlli oldu

Serbiyalı mütəxəssis Daniel Mişiç 2026/2027 mövsümündə “Ordu” voleybol klubunda fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 ildən artıq peşəkar təcrübəyə malik Mişiç karyerası ərzində bir sıra milli komandalar və tanınmış klublarda çalışıb. O, Serbiya, İran, Mərakeş və Şimali Makedoniya yığmalarında, həmçinin Türkiyənin “Halkbank”, Ukraynanın “Episentr-Podolyanı”, Rusiyanın “Omiçka”, Rumıniyanın “Tomis Konstanta”, BƏƏ-nin “Əl-Əyn” və Monteneqronun “Buduçnost Podqoritsa” komandalarında fəaliyyət göstərib.

Mütəxəssis beynəlxalq karyerası ərzində Asiya çempionatı və Asiya Oyunlarının qızıl medallarını qazanıb. Bundan başqa, Dünya Böyük Çempionlar Kuboku və Avropa çempionatında bürünc medal əldə edib, müxtəlif ölkələrin milli çempionatlarında çempionluq sevinci yaşayıb.

Qeyd edək ki, Daniel Mişiç 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Serbiya millisinin fiziki hazırlıq üzrə məşqçisi olub.







Offside