3 sentyabr 2026. Cümə axşamı

Azərbaycan cüdoçuları Avropa çempionatında iki qızıl medal qazandılar


  • Offside
  • 19:42 03.09.2026
  • Oxunma sayı: 37
Azərbaycan cüdoçuları Avropa çempionatında iki qızıl medal qazandılar

Azərbaycan cüdoçuları Monteneqronun paytaxtı Podqoritsada keçirilən U-21 Avropa çempionatında uğurlu çıxışlarını davam etdirirlər.

90deqiqe.Az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Musayev final görüşündə serbiyalı Marko Yorqiçə ipponla qalib gələrək Avropa çempionu olub. Bununla da o, gənclər arasında ikinci dəfə qitə çempionluğuna sahib çıxıb.

Daha əvvəl 60 kq çəki dərəcəsində çıxış edən Ayxan Mirzəzadə də finalda fransalı Lüsyen Tiksyeni məğlub edərək Azərbaycan yığmasına qızıl medal qazandırıb.

57 kq-da yarışan Xədicə Qədəşova isə bürünc medal uğrunda görüşdə məğlub olaraq fəxri kürsüdən kənarda qalıb. Nərgiz Əhmədova, Gülyaz Musayeva (hər ikisi 48 kq), Aysun Məmmədova (52 kq) və Aytən Verdiyeva (57 kq) isə turniri medalsız başa vurublar.

Qeyd edək ki, sentyabrın 5-dək davam edəcək Avropa çempionatında 44 ölkədən 400 cüdoçu (222 oğlan, 178 qız) iştirak edir. Azərbaycan yarışda 10 çəki dərəcəsində 14 idmançı ilə (9 oğlan, 5 qız) təmsil olunur.







Offside