3 sentyabr 2026. Cümə axşamı

Azərbaycan millilərindən beynəlxalq toplanış - Türkiyə və Belarus da iştirak edir


  • Offside
  • 21:11 03.09.2026
  • Oxunma sayı: 34
Azərbaycan millilərindən beynəlxalq toplanış   - Türkiyə və Belarus da iştirak edir

Qız və qadın boksçulardan ibarət Azərbaycan milli komandaları təlim-məşq toplanışının növbəti mərhələsinə başlayıblar.

Azərbaycan Boks Federasiyasından 90deqiqe.Az-a verilən məlumatına görə, Bakı Boks Mərkəzində keçirilən beynəlxalq hazırlıq prosesinə baş məşqçi İlkin Ağayev rəhbərlik edir.

Toplanışda Azərbaycan yığmaları ilə yanaşı, Türkiyə və Belarus milli komandaları da iştirak edəcəklər. Hazırlıq çərçivəsində komandalar gündə iki dəfə məşq edəcək, sonda isə sınaq döyüşlərində qüvvələrini yoxlayacaqlar.

30-dək boksçunun qatılacağı toplanışda əsas diqqət texniki-taktiki hazırlığa yönəldiləcək.

Birgə məşqlər sentyabrın 14-də başa çatacaq. Türkiyə millisi isə hazırlıq prosesinə sentyabrın 5-də qoşulacaq.







Offside