- Offside
- 23:13 03.09.2026
3x3 basketbol üzrə “Neftçi SOCAR” komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında iştirak edəcək.
90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi sentyabrın 5-6-da Çinin Şanxay şəhərində keçiriləcək turnirin A qrupunda yer alıb. “Neftçi SOCAR” qrup mərhələsində Fransa, Niderland və Almaniya komandaları ilə qarşılaşacaq.
Komandanın qrup mərhələsində ilk oyunlarının təqvimi belədir:
5 sentyabr
12:45 – Fransa
14:50 – Niderland
16:55 – Almaniya
Qeyd edək ki, Azərbaycan təmsilçisi ötən il Şanxayda keçirilən FIBA Qadınlar Seriyasının mövsüm finalını ikinci pillədə başa vurub.