3 sentyabr 2026. Cümə axşamı

“Sabah” basketbol komandası növbəti yoxlama oyununda məğlub oldu


  • Offside
  • 21:37 03.09.2026
  • Oxunma sayı: 37
“Sabah” basketbol komandası növbəti yoxlama oyununda məğlub oldu

Litvada təlim-məşq toplanışında olan “Sabah” basketbol komandası növbəti yoxlama oyununu keçirib.

90deqiqe.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Kaunas şəhərində Böyük Britaniyanın “London Lions” klubu ilə qarşılaşıb. Görüş rəqib komandanın 86:82 hesablı qələbəsi ilə başa çatıb.

“Sabah” bundan əvvəl keçirdiyi iki yoxlama oyununda Litvanın “Juventus Utena” komandasına 84:89 hesabı ilə uduzub, “Şyaulyay” kollektivini isə 92:80 hesabı ilə məğlub edib.

Qeyd edək ki, “Sabah” yeni mövsümdə FIBA Çempionlar Liqasında mübarizə aparacaq.







Offside