- Offside
- 23:13 03.09.2026
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv” klubunun heyətində növbəti qolunu vurub.
90deqiqe.Az-ın məlumatına görə, 29 yaşlı hücumçu Ekstraklasanın V turunda “Qurnik”ə qarşı keçirilən ev oyununda fərqlənib. Start heyətində meydana çıxan forvard 79-cu dəqiqədə rəqib qapısına yol tapıb.
Lakin Emrelinin qolu komandasını məğlubiyyətdən xilas etməyib. Qarşılaşma “Qurnik”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu, Mahir Emrelinin “Rakuv”un heyətində rəsmi oyunlarda 6-cı qolu olub.
Qeyd edək ki, mövsümün ilk 5 turundan sonra xalı olmayan “Rakuv” turnir cədvəlinin sonuncu – 18-ci pilləsində qərarlaşıb.