4 sentyabr 2026. Cümə

Azərbaycan millisinin baş məşqçisi postundan ayrıldı


  • Offside
  • 10:27 04.09.2026
  • Oxunma sayı: 46
Azərbaycan millisinin baş məşqçisi postundan ayrıldı

Qadınlardan ibarət Azərbaycan milli basketbol komandasının baş məşqçisi Evren Alkaya ilə Azərbaycan Basketbol Federasiyası (ABF) arasında əməkdaşlıq qarşılıqlı razılıq əsasında başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə ABF məlumat yayıb.

2022-ci ildən federasiyada fəaliyyət göstərən türkiyəli mütəxəssis bu müddət ərzində qadınlardan ibarət əsas millinin, həmçinin U-16, U-18 və U-20 qız yığmalarının baş məşqçisi olub. Alkaya baş məşqçi kimi komandalarımızın 70-dən çox rəsmi FIBA oyununda iştirak edib.

Onun rəhbərliyi altında U-16 qızlardan ibarət Azərbaycan millisi 2023 və 2024-cü illərdə Avropa çempionatının C divizionunda ardıcıl iki dəfə çempion olub. U-18 yığması isə 2024-cü ildə həmin divizionda gümüş medal qazanıb.

Evren Alkaya fəaliyyəti dövründə gənc basketbolçuların inkişafına və onların əsas milli komandaya hazırlanmasına xüsusi diqqət yetirib.

ABF türkiyəli mütəxəssisə fəaliyyətinə və Azərbaycan basketbolunun inkişafına verdiyi töhfələrə görə təşəkkür edib.







Offside