4 sentyabr 2026. Cümə

Azərbaycanda ilk dəfə keçiriləcək çimərlik polosu turnirinə hazırlıq başladı


  • Offside
  • 11:44 04.09.2026
  • Oxunma sayı: 34
Azərbaycanda ilk dəfə keçiriləcək çimərlik polosu turnirinə hazırlıq başladı

Azərbaycanda ilk dəfə keçiriləcək çimərlik polosu üzrə “Sea Breeze 2026” beynəlxalq turnirində iştirak edəcək “Elite Polo Club” komandasının açıq məşqi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, hazırlıq prosesi Binə Atçılıq Mərkəzində təşkil olunub. Altı nəfərdən ibarət komandanın üzvləri məşq zamanı müxtəlif təmrinləri yerinə yetirib və sınaq oyunu keçiriblər.

Qeyd edək ki, beynəlxalq turnir sentyabrın 11-13-də “Sea Breeze” istirahət mərkəzində keçiriləcək. Yarışın təşkilatçıları Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) və “Sea Breeze”dir.

Turnirdə Azərbaycan, Böyük Britaniya, İsveçrə və Rusiyanı təmsil edən 4 komanda mübarizə aparacaq. Ümumilikdə 12 poloçunun iştirak edəcəyi yarışda Azərbaycan, Böyük Britaniya, İsveçrə, Rusiya, Argentina və Cənubi Afrikadan olan idmançılar çıxış edəcəklər.







Offside