4 sentyabr 2026. Cümə

Azərbaycan parataekvondoçusu Qran-Pridə qızıl medal qazandı


  • Offside
  • 13:23 04.09.2026
  • Oxunma sayı: 28
Azərbaycan parataekvondoçusu Qran-Pridə qızıl medal qazandı

Cənubi Koreyanın Muju şəhərində parataekvondo üzrə Qran-Pri turniri keçirilib.

Milli Paralimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, Azərbaycan təmsilçisi Sabir Zeynalov yarışda uğurlu çıxış edərək qızıl medal qazanıb.

K44 kateqoriyasında 58 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda yaponiyalı Mitsuya Tanakanı məğlub edib. Zeynalov yarımfinalda Tayvan təmsilçisi Xianq Ven üzərində qələbə qazanaraq finala yüksəlib.

Həlledici görüşdə Braziliya idmançısı Qustavo Ruppelə qalib gələn Sabir Zeynalov Qran-Prinin qalibi olub.







Offside