20 oktyabr 2026. Çərşənbə axşamı

Azərbaycan İdman Akademiyasında Kembric Universitetinin ekspertləri təlim keçəcəklər


  • Offside
  • 13:44 04.09.2026
  • Oxunma sayı: 185
Azərbaycan İdman Akademiyasında Kembric Universitetinin ekspertləri təlim keçəcəklər

Azərbaycan İdman Akademiyasında (AİA) professor-müəllim heyətinin müasir tədris və qiymətləndirmə strategiyaları üzrə bilik və bacarıqlarının artırılması məqsədilə beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər keçiriləcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə AİA-nın mətbuat xidmətindən məlumat verilib.

Təlimlərdə Kembric Universitetinin ekspertləri iştirak edəcəklər. Ceyms Bidl sentyabrın 7-dən 9-dək “Effektiv qiymətləndirmə”, Reyçl Cefferson isə sentyabrın 10-dan 14-dək “Kurikulumun xəritələnməsi” mövzusunda mühazirələr aparacaq.

Təlimlərin əsas məqsədi akademik heyətin müasir tədris və qiymətləndirmə yanaşmaları üzrə peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsidir.







Offside