- Offside
- 18:57 04.09.2026
Azərbaycan cüdoçuları Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa çempionatının ikinci günündə medal qazana bilməyiblər.
90deqiqe.Az-ın məlumatına görə, bu gün tatami üzərinə çıxan Əbil Yusubov (73 kq), Cəsur İbadlı və Mehdi Abbasov (hər ikisi 81 kq) mübarizəni medalsız başa vurublar.
Cəsur İbadlı ilk iki görüşündə qələbə qazanaraq 1/4 finala yüksəlib. Lakin bu mərhələdə məğlub olan 21 yaşlı cüdoçu təsəlliverici görüşdə də rəqibinə uduzaraq turnirlə vidalaşıb.
Mehdi Abbasov ikinci görüşündə, Əbil Yusubov isə ilk qarşılaşmasında məğlub olaraq mübarizəni dayandırıb.
Beləliklə, Azərbaycan millisinin aktivində 2 qızıl medal var. Daha əvvəl Ayxan Mirzəzadə (60 kq) və Məhəmməd Musayev (66 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.