20 oktyabr 2026. Çərşənbə axşamı

Azərbaycanın gənc taekvondoçuları İsveçrədə mübarizə aparacaqlar


  • Offside
  • 18:57 04.09.2026
  • Oxunma sayı: 155
Azərbaycanın gənc taekvondoçuları İsveçrədə mübarizə aparacaqlar

Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət milli komandası İsveçrənin Sant Qallen şəhərində keçiriləcək “Swiss Open” beynəlxalq turnirində iştirak edəcək.

Azərbaycan Taekvondo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarışda ölkəmizi 5 idmançı təmsil edəcək.

Millinin heyətində Xıdır Məmmədov (54 kq), Fuad Məhərləmli (63 kq), Cavad Ağayev (74 kq), Taleh Süleymanov (87 kq) və Minayə Əkbərova (46 kq) yer alıblar.

Taekvondoçular yarışa milli komandanın məşqçiləri Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında yollanıblar.

Qeyd edək ki, “Swiss Open” turniri sentyabrın 6-da start götürəcək.







Offside