5 sentyabr 2026. Şənbə

Azərbaycan çimərlik voleybolu cütlüyü Avropa çempionatında pley-offa yüksəlib


  • Offside
  • 23:18 04.09.2026
  • Oxunma sayı: 30
Azərbaycan çimərlik voleybolu cütlüyü Avropa çempionatında pley-offa yüksəlib

İtaliyanın Battipaglia şəhərində keçirilən çimərlik voleybolu üzrə U-20 Avropa çempionatı davam edir.

90deqiqe.Az-ın məlumatına görə, yarışda Azərbaycanı təmsil edən İbrahim Məmmədov/Muhamməd Aslanlı cütlüyü bu gün qrup mərhələsində iki oyun keçirib.

Millimizin üzvləri əvvəlcə son dünya çempionu Norveçin təmsilçiləri ilə qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən görüş Azərbaycan cütlüyünün 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Daha sonra İngiltərə təmsilçiləri ilə üz-üzə gələn İbrahim Məmmədov/Muhamməd Aslanlı bu oyunda da rəqibinə 0:2 hesabı ilə uduzub.

Məğlubiyyətlərə baxmayaraq, Azərbaycan cütlüyü turnirdə 24-lüyə düşərək pley-off mərhələsinə vəsiqə qazanıb.

Komandamız sabah pley-off mərhələsində Polşa təmsilçisi ilə qarşılaşacaq.

Qeyd edək ki, çempionatda 33 ölkədən 40 komanda iştirak edir.

Norveç – Azərbaycan – 2:1
19:21, 21:14, 15:9

İngiltərə – Azərbaycan – 2:0
21:14, 21:18







Offside