5 sentyabr 2026. Şənbə

Neymar zədələndi


  • Offside
  • 00:48 05.09.2026
  • Oxunma sayı: 32
Neymar zədələndi

“Santos”un hücumçusu Neymar zədə səbəbindən bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

90deqiqe.Az xəbər verir ki, 34 yaşlı futbolçu Braziliya Kubokunda “Palmeyras”a qarşı keçirilən son matçın fasiləsində əvəzlənib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Daha sonra Neymar tibbi müayinədən keçirilib və onun zədə aldığı müəyyənləşib. Bu barədə “The Touchline” məlumat yayıb.

Bildirilib ki, braziliyalı ulduzun bir neçə həftə ərzində komandasına kömək edə bilməyəcəyi gözlənilir.

Qeyd edək ki, “Palmeyras”la oyundan sonra Neymar klubunun stadionunun əməkdaşlarını da sərt tənqid edib. O, meydançanın lazımi vəziyyətə gətirilməməsindən narazılığını bildirib.

“Santos” Braziliya Kubokunda mübarizəni dayandırıb. Komanda iki oyunun nəticəsinə əsasən “Palmeyras”a 0:3 hesabı ilə məğlub olub.







Offside

Neymar zədələndi
  • Offside
  • 00:48 05.09.2026
Neymar zədələndi