- Offside
- 01:25 05.09.2026
“Böyük dəbilqə” turnirlərinin yeddiqat qalibi, dünya reytinqinin üçüncü pilləsində qərarlaşan ispaniyalı tennisçi Karlos Alkaras “US Open-2026”da 1/8 finala yüksəlib.
90deqiqe.Az xəbər verir ki, 23 yaşlı tennisçi üçüncü mərhələdə çinli U İbinlə (ATP reytinqində 113-cü) qarşılaşıb.
Alkaras rəqibini 2 saat 21 dəqiqə davam edən görüşdə 6:3, 6:4, 6:1 hesabı ilə məğlub edib.
Görüş ərzində ispaniyalı tennisçi 5 dəfə “ace”lə fərqlənib, 4 qoşa səhvə yol verib və qazandığı 15 breyk imkanından 7-sini reallaşdırıb.
U İbin isə 1 “ace” edib, 5 qoşa səhvə yol verib və qazandığı 7 breyk imkanından 2-dən yararlanıb.
Alkarasın Nyu-Yorkdakı növbəti rəqibi amerikalı Tommi Pol olacaq. Dünya reytinqində 21-ci olan Pol əvvəlki mərhələdə Aleksandr Bubliki mübarizədən kənarlaşdırıb.