5 sentyabr 2026. Şənbə

“Portu” doğma meydanda çətin qələbə qazandı


  • Offside
  • 01:25 05.09.2026
  • Oxunma sayı: 38
“Portu” doğma meydanda çətin qələbə qazandı

Portuqaliya çempionatında növbəti turun qarşılaşması keçirilib.

90deqiqe.Az xəbər verir ki, “Portu” doğma meydanda “Moreyrense”ni qəbul edib.

Qonaqlar 20-ci dəqiqədə hesabı açaraq “əjdahalar”ı məyus ediblər. Dinis Pintu fərqlənərək “Moreyrense”ni önə keçirib.

“Portu” 37-ci dəqiqədə hesabı bərabərləşdirib. Yan Bednarek dəqiq zərbə ilə komandasının ilk qolunu vurub. İlk hissə 1:1 hesabı ilə başa çatıb.

Meydan sahibləri 58-ci dəqiqədə daha bir məhsuldar hücum təşkil ediblər. Hücumu Vilyam Qomes dəqiq zərbə ilə tamamlayaraq “Portu”nu hesabda önə keçirib.

Qarşılaşmanın sonlarına yaxın “Moreyrense” azlıqda qalıb. “Portu” üstünlüyünü qoruyaraq matçı qələbə ilə başa vurub.

Bu nəticədən sonra 15 xal toplayan “Portu” turnir cədvəlinə inamla başçılıq edir. “Moreyrense” isə 4 xalla 11-ci pillədə qərarlaşıb.

“Portu” – “Moreyrense” 2:1

Qollar: Yan Bednarek, 37; Vilyam Qomes, 58 – Dinis Pintu, 20.







Offside

Neymar zədələndi
  • Offside
  • 00:48 05.09.2026
Neymar zədələndi