- Offside
- 20:14 05.09.2026
Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışında ilk finiş edən idmançının adı açıqlanıb.
90deqiqe.Azxəbər verir ki, xorvatiyalı Matey Jukiç rəqiblərini qabaqlayaraq yarışı birinci pillədə tamamlayıb.
İdmançı üzgüçülük, velosiped və qaçış mərhələlərindən ibarət ümumilikdə 113 kilometrlik məsafəni 4 saat 1 dəqiqə 20 saniyəyə qət edib.
Qeyd edək ki, “IRONMAN 70.3 Baku” yarışında 62 ölkədən 1500-dən çox iştirakçı mübarizə aparır.
Yarışın yekununda kişi və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-də keçiriləcək “IRONMAN 70.3” dünya çempionatına vəsiqə qazanacaq.
Yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilir.