6 sentyabr 2026. Bazar günü

Qubada beynəlxalq şahmat festivalı başladı


  • Offside
  • 13:14 05.09.2026
  • Oxunma sayı: 27
Qubada beynəlxalq şahmat festivalı başladı

Qubada II “Quba Open 2026” beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və “Ağ Top” Şahmat Klubunun birgə təşkilatçılığı ilə keçirilir.

Açılış mərasimində çıxış edən AŞF prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov regional turnirlərin Azərbaycanda şahmatın kütləviliyinin artırılmasında mühüm rol oynadığını bildirib.

M.Məmmədov “Quba Open” beynəlxalq şahmat festivalının “Azərbaycan Şahmat Turu”nun mühüm hissələrindən biri olduğunu qeyd edib.

Qeyd edək ki, turnir şahmat ənənələrinin inkişafında və Quba şahmat məktəbinin formalaşmasında xüsusi xidmətləri olan beynəlxalq hakim Qüdrət İsmayılovun əziz xatirəsinə həsr olunub.

Yarışda 11 ölkədən 300-dən çox şahmatçı iştirak edir.

Turnirin ümumi mükafat fondu isə 24 420 manat təşkil edir.







Offside