6 sentyabr 2026. Bazar günü

Azərbaycanın kişi və qadın şahmat milliləri Olimpiada öncəsi bir arada


  • Offside
  • 15:41 05.09.2026
  • Oxunma sayı: 24
Azərbaycanın kişi və qadın şahmat milliləri Olimpiada öncəsi bir arada

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov Özbəkistanda keçiriləcək 46-cı Ümumdünya Şahmat Olimpiadası öncəsi ölkəmizi beynəlxalq arenada təmsil edəcək kişi və qadınlardan ibarət milli komandaların üzvləri, eləcə də məşqçilər heyəti ilə görüş keçirib.

Bu barədə  90deqiqe.Az-a AŞF-dən məlumat verilib.

Görüşdə çıxış edən AŞF prezidenti Mahir Məmmədov komandaların hazırlıq prosesi ilə maraqlanıb və şahmatçıların təlim-məşq toplanışlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Federasiya rəhbəri Azərbaycan şahmatının zəngin ənənələrə malik olduğunu xatırladaraq, hər iki komandanın Olimpiadada ölkəmizi layiqincə təmsil edəcəyinə inandığını ifadə edib.

Qeyd edək ki, bu gün qadınlardan ibarət milli komanda son təlim-məşq toplanışında iştirak etmək üçün İsmayıllı rayonunun Basqal kəndinə yollanır.







Offside