6 sentyabr 2026. Bazar günü

Azərbaycan cüdoçusu U-21 Avropa çempionatında qızıl medal qazandı


  • Offside
  • 20:02 05.09.2026
  • Oxunma sayı: 23
Azərbaycan cüdoçusu U-21 Avropa çempionatında qızıl medal qazandı

Azərbaycanın daha bir cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən U-21 Avropa çempionatında qızıl medal qazanıb.

90deqiqe.Az xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Süleyman Şükürov final görüşündə Almaniya təmsilçisi Konstantin Disteli ipponla məğlub edərək karyerasında ikinci dəfə Avropa çempionu olub.

Azərbaycan millisinin digər üzvlərindən Davud Namazlı (100 kq) və Ramazan Əhmədov (+100 kq) turniri bürünc medalla başa vurublar.

Bununla da Azərbaycan cüdoçuları U-21 Avropa çempionatını 5 medalla tamamlayıblar. Daha əvvəl Ayxan Mirzəzadə (60 kq) və Məhəmməd Musayev (66 kq) qitə çempionu adını qazanıblar.

Qeyd edək ki, Podqoritsada keçirilən Avropa çempionatında 44 ölkədən 400 cüdoçu – 222 oğlan və 178 qız iştirak edib. Azərbaycan yarışda 10 çəki dərəcəsi üzrə 14 idmançı ilə təmsil olunub. Milli komandamızın heyətində 9 oğlan və 5 qız cüdoçu yer alıb.







Offside