6 sentyabr 2026. Bazar günü

Bakıda keçirilən “IRONMAN 70.3” yarışının qalibləri mükafatlandırıldı


  • Offside
  • 20:14 05.09.2026
  • Oxunma sayı: 20
Bakıda keçirilən “IRONMAN 70.3” yarışının qalibləri mükafatlandırıldı

Bakıda ilk dəfə təşkil olunan “IRONMAN 70.3” triatlon yarışının mükafatlandırma mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, tədbirin əvvəlində milli musiqi nümunələri təqdim olunub. Daha sonra yarışın qalibləri və mükafatçıları medallarla təltif ediliblər.

Qeyd edək ki, yarışın finiş xəttini ilk olaraq ABŞ təmsilçisi Maksim Kryat 4 saat 1 dəqiqə 21 saniyə nəticə ilə keçib. Lakin ən yaxşı nəticəni xorvatiyalı Matej Yukiç göstərib – 4 saat 1 dəqiqə 20 saniyə.

Yarışın yekunlarına əsasən, kişi və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 triatlonçu 2027-ci ildə ABŞ-də keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.

Xatırladaq ki, ilk dəfə Bakıda keçirilən “IRONMAN 70.3” yarışında dünyanın 62 ölkəsindən 1500 triatlonçu iştirak edib.

Yarış 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21 kilometr qaçış mərhələlərindən ibarət olub.







Offside