- Offside
- 20:14 05.09.2026
Azərbaycan Basketbol Federasiyası (ABF) ilə U-14 və daha aşağı yaş qrupları üzrə oğlan milli komandalarının koordinatoru Milan Kotaraç arasında əməkdaşlığa son qoyulub.
90deqiqe.Az xəbər verir ki, bu barədə ABF-nin mətbuat xidməti məlumat yayıb.
Serbiyalı mütəxəssis iki il ərzində federasiyada bu vəzifədə fəaliyyət göstərib. O, aşağı yaş qruplarında perspektivli basketbolçuların aşkarlanması, seçilməsi və inkişafı istiqamətində iş aparıb.
Milan Kotaraçın fəaliyyəti dövründə gənc basketbolçuların potensialının üzə çıxarılması, onların fərdi bacarıqlarının inkişaf etdirilməsi və milli komandalarda çıxışa hazırlanmasına xüsusi diqqət yetirilib.
ABF mütəxəssisin aşağı yaş qruplarında gördüyü işi yüksək qiymətləndirib və birgə fəaliyyətə görə ona təşəkkür edib.