- Offside
- 20:14 05.09.2026
3x3 basketbol üzrə “Neftçi SOCAR” komandası FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti qələbəsini qazanıb.
90deqiqe.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində keçirilən yarışın qrup mərhələsində Almaniya millisini 16:11 hesabı ilə məğlub edib.
“Neftçi SOCAR” daha əvvəl Fransa seçməsinə 17:15 hesabı ilə qalib gəlib, Niderlanda isə 12:22 hesabı ilə uduzub.
Beləliklə, üç oyundan sonra iki qələbə qazanan Azərbaycan komandası 1/4 finala vəsiqəni təmin edib. “Neftçi SOCAR”ın A qrupundakı yekun mövqeyi isə sonuncu oyundan sonra müəyyənləşəcək.
Qeyd edək ki, FIBA Qadınlar Seriyasının mövsüm finalında həlledici qarşılaşmalar sentyabrın 6-da keçiriləcək.
Azərbaycan təmsilçisi ötən il də Şanxayda təşkil olunan mövsüm finalında uğurla çıxış edərək yarışı ikinci pillədə başa vurub.