- Offside
- 07:40 06.09.2026
Dünya reytinqinin dördüncü pilləsində qərarlaşan amerikalı tennisçi Kori Qauff “US Open”in 2026-cı il turnirində 1/8 finala yüksəlib.
90deqiqe.Az-ın məlumatına görə, 21 yaşlı tennisçi üçüncü turda İspaniya təmsilçisi Kristina Buçşa ilə qarşılaşıb.
1 saat 28 dəqiqə davam edən görüş Qauffun 6:3, 6:4 hesablı qələbəsi ilə başa çatıb.
Görüş ərzində amerikalı tennisçi bir “ace” edib, altı qoşa səhvə yol verib və qazandığı doqquz breyk imkanından dördünü reallaşdırıb. Dünya reytinqində 40-cı olan Buçşa isə oyun ərzində heç bir “ace” etməyib, bir qoşa səhvə yol verib və üç breyk imkanından ikisindən yararlanıb.
Qauff növbəti mərhələdə İva Yoviç - Aleksandra Eala qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.