6 sentyabr 2026. Bazar günü

Anastasiya Potapovanın “US Open”dəki jesti müzakirələrə səbəb olub


  • Offside
  • 07:40 06.09.2026
  • Oxunma sayı: 9
Anastasiya Potapovanın “US Open”dəki jesti müzakirələrə səbəb olub

Dünya reytinqində 25-ci pillədə qərarlaşan avstriyalı tennisçi Anastasiya Potapovanın “US Open - 2026”nın üçüncü turunda amerikalı Amanda Anisimovaya qarşı keçirdiyi oyundan sonra etdiyi jest sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

90deqiqe.Az xəbər verir ki, Potapova dünya reytinqinin 10-cu pilləsində olan Anisimovanı 6:2, 7:5 hesabı ilə məğlub edərək karyerasında ilk dəfə “US Open”in 1/8 finalına yüksəlib.

Qarşılaşmadan sonra Potapova kortda əlini yellədərək “hələlik” jestinə bənzər hərəkət edib.

Tennisçinin bu hərəkəti sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər bunu rəqibə qarşı hörmətsizlik kimi qiymətləndiriblər. Digər azarkeşlər isə Potapovanın jesti qələbəsini qeyd edən zaman komandasına ünvanladığını düşünürlər.

Qeyd edək ki, “US Open - 2026”nın qadınların şəxsi yarışında mübarizə avqustun 30-dan sentyabrın 12-dək davam edir. Turnirin son qalibi belaruslu tennisçi Arina Sabalenkadır. O, 2025-ci il finalında Amanda Anisimovanı məğlub edib.







Offside