6 sentyabr 2026. Bazar günü

“Neftçi SOCAR” Dünya Qadın Seriyasının finalında yarımfinala yüksəlib


  • Offside
  • 14:47 06.09.2026
  • Oxunma sayı: 10
“Neftçi SOCAR” Dünya Qadın Seriyasının finalında yarımfinala yüksəlib

3x3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının mövsüm finalında yarımfinala yüksəlib.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində təşkil olunan turnirin 1/4 final mərhələsində Monqolustanın “Ulan-Bator Amazons” kollektivi ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən görüşdə “ağ-qaralar” rəqibini 21:18 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.

Qeyd edək ki, “Neftçi SOCAR” qrup mərhələsində Fransa seçməsini 17:15, Almaniyanı isə 16:11 hesabı ilə üstələyib. Azərbaycan təmsilçisi Niderlanda qarşı oyunda isə 12:22 hesabı ilə məğlub olub.







Offside