- Offside
- 15:13 06.09.2026
3x3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının mövsüm finalında mübarizəni dayandırıb.
90deqiqe.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Çinin Şanxay şəhərində təşkil olunan yarışın yarımfinal mərhələsində Fransa komandası ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən görüşdə “ağ-qaralar” 13:15 hesabı ilə məğlub olublar.
Qeyd edək ki, “Neftçi SOCAR” yarımfinala 1/4 final mərhələsində Monqolustanın “Ulan-Bator Amazons” kollektivini 21:18 hesabı ilə məğlub edərək yüksəlmişdi.
Azərbaycan təmsilçisi qrup mərhələsində Fransa seçməsini 17:15, Almaniyanı 16:11 hesabı ilə üstələyib. Komanda Niderlanda qarşı görüşdə isə 12:22 hesabı ilə uduzub.