- Offside
- 22:31 06.09.2026
Yaponiyanın paytaxtı Tokioda fiqurlu konkisürmə üzrə “Kinoshita Cup” beynəlxalq yarışı keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, turnirdə fərdi neytral idmançılar (AIN) da daxil olmaqla, 6 ölkəni təmsil edən 11 güclü fiqurlu konkisürən iştirak edib.
Azərbaycan yarışda Veronika Jilina ilə təmsil olunub.
İdmançımız çıxışının yekununda 193 xal toplayıb və 11 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.
Beləliklə, Veronika Jilina Tokio turnirini ilk altılıqda başa vurub.