22 oktyabr 2026. Cümə axşamı

Azərbaycan taekvondoçuları İsveçrədə “Swiss Open” turnirində qalib oldular


  • Offside
  • 19:58 06.09.2026
  • Oxunma sayı: 182
Azərbaycan taekvondoçuları İsveçrədə “Swiss Open” turnirində qalib oldular

Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandası İsveçrənin Sanqt-Qallen şəhərində keçirilən “Swiss Open” beynəlxalq turnirində uğurlu nəticə göstərib.

 90deqiqe.Az-ın məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Cavad Ağayev (74 kq) və Minayə Əkbərova (46 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medallarını qazanıblar.

Komanda hesabında da Azərbaycan millisi bütün rəqiblərini qabaqlayaraq turnirin qalibi olub.

Beləliklə, milli komandamız “Swiss Open” turnirinin kubokuna sahib çıxıb.







Offside